Qazaxıstan Almaniyaya neft ixracını bərpa etməyəcək

Qazaxıstan Almaniyaya neft ixracını

Qazaxıstan ən azı 2026-cı ilin noyabr ayının sonunadək "Dostluq" (Drujba) neft kəməri vasitəsilə Almaniyaya neft tədarükünü bərpa etməyəcək. Ölkənin Energetika naziri Yerlan Akkenjenov bildirib ki, "Transneft"dən alınan növbəti üç aylıq tranzit planında bu marşrut üzrə daşınma həcmi sıfır göstərilib.

Nazirin sözlərinə görə, mövcud plana əsasən, yaxın üç ay ərzində "Dostluq" kəmərinin Almaniya istiqaməti ilə Qazaxıstan neftinin nəqli nəzərdə tutulmur.

Tranzitin dayandırılması ən çox Almaniyanın Şvedt şəhərində yerləşən PCK Raffinerie neft emalı zavoduna təsir göstərir. Müəssisə xammala olan tələbatının təxminən 20-30%-ni məhz bu marşrut vasitəsilə təmin edirdi.

Məlumata görə, Qazaxıstan 2025-ci ildə "Dostluq" kəməri ilə Almaniyaya 2,1 milyon ton neft ixrac edib. 2026-cı il üçün bu həcmin 3 milyon tona çatdırılması planlaşdırılsa da, tranzitin davam edən dayandırılması səbəbindən həmin planın reallaşması mümkün görünmür.

MONETAR.AZ