Avqustun 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 22-26°, gündüz 29-32° isti olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % təşkil edəcək.
Bölgələrdə də hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış, leysan və şimşək ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman müşahidə olunacaq.
Rayonlarda havanın temperaturu gecə 21-26°, gündüz 32-37°, dağlıq ərazilərdə isə gecə 15-20°, gündüz 22-27° isti olacaq.
MONETAR.AZ