Bu gün Laçın Beynəlxalq Film Festivalının rəsmi açılışı olacaq

Bu gün Laçın Beynəlxalq Film Festivalının

 Laçın Beynəlxalq Film Festivalının (LIFF 2026) rəsmi açılış mərasimi bu gün keçiriləcək.

Monetar.az xəbər verir ki, festival çərçivəsində müxtəlif ölkələrdən seçilmiş filmlər nümayiş etdiriləcək, yerli və beynəlxalq kino mütəxəssislərinin iştirakı ilə panel müzakirələri təşkil olunacaq.

Festivala 47 ölkədən 300-ə yaxın film təqdim edilib. Beynəlxalq seçim mərhələsindən sonra 20 xarici və 18 Azərbaycan filmi olmaqla, ümumilikdə 38 ekran əsəri əsas rəsmi seçim proqramına daxil edilib.

Filmlərin əsas nümayişləri Laçının “LaCinema” kinoteatrında keçiriləcək.

Avqustun 25-də Azərbaycan–Türkiyə kino əməkdaşlığına həsr olunan panel müzakirəsinin keçirilməsi də nəzərdə tutulub.

Festivalın bağlanış və mükafatlandırma mərasimi avqustun 26-da – Laçın Şəhəri Günündə keçiriləcək.