«Magistr» jurnalının 6-cı nömrəsi nəşr edilib

«Magistr» jurnalının 6-cı nömrəsi

Jurnalın bu nömrəsində 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul haqqında elan, müsabiqə şərtləri, “Bakalavrın elektron ərizəsi”ndə ixtisaslaşmaların seçilməsi və təsdiqi üçün təlimat, ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerləri olan ixtisaslaşmalarının siyahısı, magistratura səviyyəsinə dövlət sifarişi ilə qəbulun proqnozu və digər zəruri məlumatlar təqdim olunub.

Bakalavrların nəzərinə çatdırırıq ki, jurnalın bu nömrəsi həm Azərbaycan, həm də rus bölməsi üzrə bir jurnalda – Azərbaycan dilində dərc edilib.

Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür.

Jurnalın elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında əldə etmək olar.