Laçın şəhəri, Zabux və Sus kəndləri 2022-ci il avqustun 26-da Azərbaycanın nəzarətinə keçib. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə 26 avqust Laçın Şəhəri Günü elan edilib.
Monetar.az xəbər verir ki, Laçın Şəhəri Günü ilk dəfə 2023-cü ildə təntənəli şəkildə qeyd olunub. Həmin il avqustun 26-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın şəhərində Həkəri çayının sahilində keçirilən bayram tədbirində iştirak ediblər.
Hazırda Laçında genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, şəhərə keçmiş məcburi köçkünlərin qayıdışı davam etdirilir. Laçın Şəhəri Günü həm şəhərin azad edilməsinin ildönümü, həm də onun yeni inkişaf mərhələsinin rəmzi kimi qeyd olunur.