Daşınmaz əmlakın icbari sığortasında 26 milyon manatlıq azalma var

Daşınmaz əmlakın icbari sığortasında 26 milyon

2026-cı ilin ilk 7 ayında daşınmaz əmlakın icbari sığortası üzrə yığımlarda ciddi azalma baş verib. Bu istiqamətdə əvvəlki ilin göstəricisi ilə müqayisədə nəzərəçarpacaq geriləmə qeydə alınıb. Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 26 milyon 176 min manat və ya 43,9 faiz azalaraq 33 milyon 394 min manat olub.

Monetar.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-iyul aylarında bu sığorta növü üzrə 59 milyon 570 min manat yığım olmuşdu.

Azalma ümumi icbari sığorta bazarının nəticələrinə də təsir edib. İcbari sığorta üzrə ümumi yığımlar 221 milyon 357 min manatdan 183 milyon 360 min manatadək düşüb.

Əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasında da azalma qeydə alınıb. Bu istiqamətdə yığımlar 828 min manatdan 610 min manatadək geriləyib.

MONETAR.AZ