Çində robotlar ilk dəfə tam avtonom şəkildə tennis oynayıblar

Çində robotlar ilk dəfə tam avtonom şəkildə

Çində tam avtonom humanoid robotların iştirakı ilə dünyada ilk tennis oyunu keçirilib. Bu barədə "PUL N3" məlumat yayıb.

Ümumdünya Humanoid Robot Oyunlarının təşkilatçılarının bildirdiyinə görə, robotlar topun trayektoriyasını müstəqil izləyib, kort boyunca hərəkət edib və ötürmə, tor qarşısında oyun da daxil olmaqla müxtəlif zərbələri sərbəst seçiblər. Onlar insan tennisçilərlə eyni kortda çıxış edərək real vaxt rejimində həm tərəfdaşlarının, həm də rəqiblərinin hərəkətlərinə uyğunlaşa biliblər.

Tərtibatçılar bunu humanoid robotların iştirakı ilə keçirilən tarixdə ilk canlı və tam avtonom tennis oyunu adlandırırlar. Yarış cari Humanoid Robot Oyunlarında süni intellekt və robototexnika sahəsində əldə olunan nailiyyətlərin əsas nümayişlərindən biri olub. Təşkilatçıların sözlərinə görə, gələcəkdə bu cür yarışların müntəzəm keçirilməsi nəzərdə tutulur.

Bundan əvvəl isə Çinin Xançjou şəhərində suda boğulmaq təhlükəsi ilə üzləşən insanların xilas edilməsi üçün nəzərdə tutulmuş avtonom "uçan xilasedici halqa" təqdim edilmişdi. Qurğu sahildən havaya qalxaraq təhlükədə olan şəxsi müstəqil şəkildə müəyyənləşdirir, onun yaxınlığında suya enir və insana xəsarət yetirməmək üçün pərlərini dayandıraraq suyun üzərində qalır.

Zərərçəkən xilasedicilər hadisə yerinə çatana qədər qurğudan tutunaraq suyun üzərində qala bilir. Xilasetmə əməliyyatı başa çatdıqdan sonra isə cihaz pərlərini yenidən işə salır və operatorun müdaxiləsi olmadan bazaya qayıdır.

MONETAR.AZ