"Reuters" xəbər agentliyinin məlumatlı mənbələrə istinadən verdiyi xəbərə görə, "Xiaomi" bu gün smartfonlar üçün yeni məxsusi prosessorunu təqdim edərək əsas komponentlər üzərində nəzarəti gücləndirmək və xarici çip tədarükçülərindən asılılığı azaltmaq istiqamətində növbəti addımını atıb.
Çin smartfon istehsalçısının "Xring O3" prosessoru ötən il buraxılmış "Xring O1" modelinin varisidir. "Xiaomi" məxsusi çiplərin işlənib hazırlanması sahəsində "Apple", "Samsung Electronics" və "Huawei" ilə rəqabət aparmağa çalışır.
"Reuters"in məqaləsində bildirilir ki, yeni prosessor "Taiwan Semiconductor Manufacturing Co." şirkəti tərəfindən 3 nanometrlik texnologiya əsasında istehsal olunacaq.
Çipin "Xiaomi"nin gözlənilən flaqman qatlanan smartfonunun əsasını təşkil edəcəyi gözlənilir. Bu cihaz üzrə planlaşdırılan tədarük həcminin 200 000–300 000 ədəd arasında olacağı bildirilir.
"Xring O3" smartfon istehsalçıları arasında premium cihazları bazarda fərqləndirmək və "Qualcomm" ilə "MediaTek" kimi tədarükçülərdən asılılığı azaltmaq məqsədilə öz çiplərini hazırlamağa yönəlmiş geniş tendensiyanın bir hissəsidir.
MONETAR.AZ