Gələcəyin robotları artıq kütləvi bazara çıxır: Tədarük 4 dəfə artıb

Gələcəyin robotları artıq kütləvi bazara çıxır:

2026-cı ilin ilk yarısında dünyada insanabənzər robotların tədarükü 22 min ədədi ötüb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 300 faiz artım deməkdir.

Monetar.az xəbər verir ki, “Counterpoint Research” şirkətinin məlumatına görə insanabənzər robotlar sənayesi hazırda genişmiqyaslı kommersiya tətbiqinə keçid mərhələsindədir.

İlin ilk 6 ayında ən çox insanabənzər robot tədarük edən şirkət “AGIBOT” olub. Şirkət təxminən 9700 robot tədarük edərək qlobal bazarın 43 faizindən çoxuna sahib olub.

“AGIBOT” 2027-ci ilədək gəlirlərini 10 milyard yuandan çox artırmağı hədəfləyir.

Reytinqdə ikinci yeri 31,1 faiz bazar payı ilə “Unitree”, üçüncü yeri isə 5 faiz payla “Galbot” tutub.

Beləliklə, insanabənzər robotların tədarükündə xüsusilə Çin şirkətləri üstün mövqedə qalır.