KİV-lərin yaydığı məlumata görə, tezliklə təqdim olunacaq "Samsung Galaxy S26 FE" smartfonu üçün hazırlanmış rəsmi kabroların görüntüləri internetdə ortaya çıxıb. Sızdırılan materiallar cihazın dizaynını və bəzi rəng seçimlərini də təsdiqləyir.
Məlumata əsasən, şirkət ən azı iki rəsmi aksessuar təqdim edəcək: maqnit halqalı şəffaf kabro və maqnit halqalı silikon kabro. Şəffaf kabroda smartfon "Blueberry", silikon kabroda isə "Graphite" rəngində nümayiş etdirilir. Sızmalara görə, cihazın "Pistachio" rəngində də satışa çıxarılması gözlənilir.
Şayiələrə görə, "Galaxy S26 FE" modeli "Exynos 2500" prosessoru, 45 Vt naqilli sürətli enerji yığma, tərs naqilsiz enerji paylaşımı, NFC və Wi-Fi 6 dəstəyi ilə təchiz olunacaq. Smartfonun 128 GB, 256 GB və 512 GB yaddaş variantlarında satışa çıxacağı bildirilir.
Samsung artıq avqustun 27-də yeni Galaxy Event keçirəcəyini rəsmən açıqlayıb və gözləntilərə görə, tədbirdə "Galaxy S26 FE" təqdim olunacaq.
MONETAR.AZ