ABŞ Rusiya almazlarının idxalına daha bir il icazə verdi

ABŞ Rusiya almazlarının idxalına

ABŞ hökuməti Rusiyada hasil edilmiş bəzi kateqoriyalara aid almazların idxalına daha bir il müddətinə icazə verib. Monetar.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin dərc etdiyi lisenziyaya əsasən, müəyyən şərtlər daxilində bu almazların idxalına 2027-ci il sentyabrın 1-dək icazə veriləcək.

Lisenziyaya əsasən, çəkisi 1 karatdan başlayan Rusiya mənşəli almazların idxalına o halda icazə verilir ki, həmin daşlar 2024-cü il martın 1-dən sonra Rusiyadan ixrac və ya reeksport edilməsin və həmin tarixdən sonra Rusiya ərazisində yerləşməsin.

Çəkisi 0,5 karatdan başlayan almazlar üçün də oxşar şərt tətbiq olunur. Bu kateqoriya üzrə hesablanma tarixi 2024-cü il sentyabrın 1-dən başlayır.

“Böyük yeddilik” ölkələri 2023-cü ilin dekabrında Rusiyada hasil edilən və emal olunan almazlara idxal məhdudiyyətləri tətbiq etmək qərarına gəlib. Qadağa 2024-cü il yanvarın 1-dən qüvvəyə minib.

2024-cü il martın 1-dən etibarən məhdudiyyətlər üçüncü ölkələrdə emal olunmuş Rusiya mənşəli almazlara da şamil edilib.

ABŞ daha əvvəl bəzi kateqoriyalara aid Rusiya almazlarının idxalına verilmiş istisnanı 2025-ci il sentyabrın 1-dək uzadıb. Yeni qərarla bu müddət daha bir il artırılıb.