Əmək və Sosial Münasibətlər Akademiyası kafedra müdiri axtarır

Əmək və Sosial Münasibətlər Akademiyası

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası kafedra müdiri vəzifəsini tutmaq üçün müsabiqə elan edib.

 Monetar.az xəbər verir ki, müsabiqə Humanitar fənlər kafedrası üzrə 1 vakant yer üçün keçirilir.

 Müsabiqədə iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər: 

  • rektorun adına ərizə;
  • kadrlar uçotunun şəxsi vərəqəsi;
  • ali təhsil haqqında diplomun surəti;
  • elmi dərəcə haqqında diplomun surəti;
  • elmi ad haqqında diplomun surəti;
  • elmi və elmi-metodiki işlərin siyahısı.