27 avqust Beynəlxalq Boks Günüdür

 27 avqust Beynəlxalq

27 avqust dünyada Beynəlxalq Boks Günü kimi qeyd olunur. Monetar.az xəbər verir ki, bu xüsusi gün Beynəlxalq Boks Assosiasiyasının (IBA) təşəbbüsü ilə təsis olunub və boksun dünyada təbliğinə xidmət edir.

Beynəlxalq Boks Günü ilk dəfə 2017-ci ildə qeyd olunub. Əvvəlcə fərqli tarixdə keçirilən bu gün sonradan 27 avqust tarixinə keçirilib.

Bu günün əsas məqsədi dünya üzrə boks ictimaiyyətini bir araya gətirmək, idman növünün kütləviliyini artırmaq və gənclərin boksa marağını təşviq etməkdir.

Azərbaycanda boks ənənəvi və uğurlu idman növlərindən biri hesab olunur. Azərbaycan boksçuları Olimpiya Oyunları, dünya və Avropa çempionatlarında mühüm nailiyyətlər əldə ediblər.