“Finex Kredit” BOKT ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Monetar.az xəbər verir ki, yığıncaq 2 oktyabr 2026-cı il saat 11:00-da Bakı şəhəri, Nərimanov rayonu, Bünyadov prospekti, 1965-ci məhəllə, “Çinar Park” Biznes Mərkəzi, bina 1, 413 nömrəli ofisdə baş tutacaq.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
- “Finex Kredit” BOKT ASC-nin Nizamnaməsinə dəyişikliklərin edilməsi;
- “Müşahidə şurasının fəaliyyət qaydaları”na dəyişikliklərin edilməsi;
- Digər məsələlər.
Səhmdarlar yığıncaqda müzakirəyə çıxarılacaq məsələlərlə bağlı sənədlərlə hər həftənin çərşənbə axşamı günü saat 12:00-dək tanış ola bilərlər.