“Məktəbli və Tələbə İaşə” ATSC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
Monetar.az xəbər verir ki, yığıncaq 12 oktyabr 2026-cı il saat 11:00-da Bakı şəhəri, Nərimanov rayonu, Fətəlixan Xoyski prospekti 110 ünvanında baş tutacaq.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
- Cəmiyyətin icra orqanının seçilməsi;
- Cəmiyyətin direktorlar (müşahidə) şurasının sədrinin və üzvlərinin seçilməsi;
- Cəmiyyətin nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi;
- 2025-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarının müzakirəsi və təsdiqi;
- Digər məsələlər.
Yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.