Macarıstan büdcə kəsirini 7,5 faiz səviyyəsində saxlamağı planlaşdırır

Macarıstan büdcə kəsirini 7,5 faiz səviyyəsində

Macarıstan hökuməti bu il büdcə kəsirini ümumi daxili məhsulun (ÜDM) 7,5 faizi səviyyəsində saxlamağı planlaşdırır.

Ölkənin Maliyyə Nazirliyinin məlumatına görə, əvvəlki illərdən qalan büdcə problemləri, kəskin quraqlıq və enerji böhranı kəsirin daha sürətlə azaldılmasına imkan vermir.

Baş nazir Peter Madyarın rəhbərlik etdiyi hökumət ilin sonunadək büdcə xərclərini 700 milyard forint (2,25 milyard ABŞ dolları) azaltmağa imkan verəcək qənaət tədbirləri həyata keçirib. Quraqlıq və enerji böhranının fəsadlarının aradan qaldırılması məqsədilə isə 500 milyard forint həcmində antiböhran fondu yaradılacaq. Planlaşdırılan qənaətin əsas hissəsinin bu fonda yönəldilməsi nəzərdə tutulur.

Maliyyə Nazirliyi həmçinin ölkənin dövlət borcunun cari ildə ÜDM-in 77,5 faizinə yüksələcəyini proqnozlaşdırır. Bununla belə, qurum orta müddətli büdcə planına uyğun olaraq qarşıdakı illərdə dövlət borcunun tədricən azalacağını gözləyir.

MONETAR.AZ