Baş nazir vəzifədən, avro dəyərdən düşdü

Bu gün Fransanın Baş naziri Sebastyan Lekornyunun istefası xəbərindən sonra avro ABŞ dolları qarşısında 0,77 % dəyər itirib. Belə ki, 1 avronun məzənnəsi 1,1743 ABŞ dollarından 1,1653 ABŞ dollarına düşüb.
Valyuta bazarlarındakı belə böyük dəyişikliklər xüsusən də avro kimi qlobal əhəmiyyətli valyutanın dəyər itirməsi, çoxsaylı ölkələrə təsir edir.
Avronun dəyər itirməsinin təsir etdiyi ölkələrin sayı
-
Avropa İttifaqının 27 üzvü
-
Avrozonaya üzv olan əlavə ölkələr (məsələn, Monako, San-Marino, Andorra və s.)
-
Avro ilə hesablaşma aparan digər 30 ölkə
-
Ümumi təsir dairəsi: təxminən 60 ölkə
Bu ölkələrin hamısı ticarət, investisiya, maliyyə əməliyyatlarında avrodan istifadə etdiyi üçün, avronun ABŞ dolları qarşısında dəyər itirməsi onların iqtisadi vəziyyətinə, valyuta bazarlarına, idxal-ixrac əməliyyatlarına təsir göstərə bilər.
MONETAR.AZ