Bitcoin 90 min dollara qədər düşüb

Bitcoin 90 min dollara qədər

Bitcoin bugün ucuzlaşıb. İnvestorlar Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini azaltması qərarına reaksiya versələr də, ehtiyatlı siyasət proqnozu və ABŞ Mərkəzi Bankı rəhbərləri arasında ciddi fikir ayrılıqları növbəti il üçün monetar yumşalma gözləntilərini zəiflədib.

Dünyanın ən böyük kriptovalyutası 2,5% azalaraq 90 421,2 dollar səviyyəsində ticarət olunub. Son 24 saat ərzində o, 90 min dollardan aşağı enib.

FES dünən gözlənilən qərarla bu il üçün üçüncü dəfə olaraq uçot dərəcəsini 25 baza bəndi azaldıb və federal fondlar üzrə baza dərəcənin diapazonunu 3,50–3,75% səviyyəsində müəyyən edib.

Lakin bir neçə siyasətçi bu addımla razılaşmayıb: iki üzv endirimin əleyhinə çıxıb, daha biri isə 50 baza bəndi həcmində daha böyük azalma tələb edib. Bu bölünmə mərkəzi bank daxilində inflyasiyanın inkişaf trayektoriyası və ABŞ əmək bazarının davamlılığı ilə bağlı qeyri-müəyyənliyin artdığını göstərib ki, bu da investorların inamını zəiflədib.

Sədr Cerom Pauell bildirib ki, FES “məlumatlara əsaslanan” siyasət yürütməyə davam edəcək və siyasətin “əvvəldən müəyyən edilmiş kursla” getmədiyini vurğulayıb. Yenilənmiş proqnozlar 2026-cı il üçün cəmi bir faiz endiriminin planlaşdırıldığını göstərir ki, bu da bazarların gözlədiyindən daha yavaş yumşalma trayektoriyası deməkdir.

Pul-kredit siyasətinin davamlı yumşalmasına dair daha aydın siqnallar spekulyativ aktivlərə, o cümlədən kriptovalyutalara dəstək olur, çünki maliyyələşmə xərclərini azaldır və likvidlik şəraitini yaxşılaşdırır.

Bugün Bitcoin-ə təzyiqi artıran digər amil isə süni intellektin gəlirliliyi ilə bağlı narahatlıqlar və texnologiya sektoruna münasibətdə zəifləmiş əhval-ruhiyyə olub.

Bitcoin-in ucuzlaşması texnoloji şirkətlərin səhmlərinin də zəifləməsi fonunda baş verib. Buna səbəb ABŞ-ın bulud xidmətləri şirkəti Oracle-ın  gözləntiləri  gəlir və mənfəət proqnozu açıqlaması, həmçinin Sİ infrastrukturuna daha yüksək kapital xərclərindən xəbər verməsi olub. Bu, böyük texnoloji xərclərin dərhal mənfəətə çevrilmədiyini göstərib.

Oracle-ın məyusedici proqnozu fond bazarlarında soyuma yaradıb, risk iştahını azaldıb və investorların diqqətini spekulyativ aktivlərdən fundamental göstəricilərə yönəldib.

MONETAR.AZ