Əhalinin geyim xərcləri 5,3 faiz artıb

Əhalinin geyim xərcləri

2025-cü ilin yanvar-noyabr ayları ərzində toxuculuq məhsulları, geyim və ayaqqabı kateqoriyasında pərakəndə ticarət dövriyyəsi 8,753 milyard manat təşkil etmişdir.

Dövlət Statistika Komitəsinin məlumatına görə bu göstərici ümumi pərakəndə ticarət dövriyyəsinin 14,9 %-ni təşkil edir və keçən ilin eyni dövrü ilə müqayisədə 5,3 % artım deməkdir.

11 ayda   geyim və əlaqəli məhsulların gündəlik dövriyyəsi təxminən 26,2 milyon manat təşkil edir.

MONETAR.AZ