Mərkəzi Bank “Paysis”in fəaliyyətini dayandırdı

Mərkəzi Bank “Paysis”in

“Paysis” MMC-yə lisenziyası çərçivəsində göstərilən bütün ödəniş xidmətlərinin (ödəniş xidməti istifadəçilərinin vəsaitlərinin geri qaytarılması əməliyyatları istisna olmaqla) dayandırılması barədə göstəriş verilib.

Bu barədə  Azərbaycan Mərkəzi Bankı qərar verir.

Məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəsmi açıqlamasına əsasən internet informasiya resurslarından istifadə etməklə qumar oyunlarının təşkil edilməsi və əlaqəli qanunsuz əməllər ilə bağlı başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxslərə yanaşı “Paysis” MMC və onun rəhbəri barəsində cinayət-hüquqi tədbirlərin tətbiqi üzrə icraat başlanılmış və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işinin yekunları ilə bağlı məhkəmə qərarı qüvvəyə minənədək Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsi rəhbər tutularaq, “Paysis” MMC-yə lisenziyası çərçivəsində göstərilən bütün ödəniş xidmətlərinin (ödəniş xidməti istifadəçilərinin vəsaitlərinin geri qaytarılması əməliyyatları istisna olmaqla) dayandırılması barədə göstəriş verilib.