Stellantis NV və Bolt Avropa üzrə pilotsuz (avtonom) mobil xidmətlərin tətbiqi məqsədilə tərəfdaşlıq qurublar. Layihə çərçivəsində sınaqların 2026-cı ildə başlaması, 2029-cu ilə doğru isə sənaye miqyasında istehsalın həyata keçirilməsi planlaşdırılır.
Əməkdaşlıq Avropa ölkələrində avtonom nəqliyyat vasitələrinin genişmiqyaslı tətbiqinin sürətləndirilməsinə yönəlib.
Şirkətlər əvvəlcə 2026-cı ildən etibarən seçilmiş Avropa bazarlarında sınaqlara başlayacaq, bundan üç il sonra isə tammiqyaslı sənaye istehsalına keçəcəklər.
Bu tərəfdaşlıq pilotsuz nəqliyyat sektorunda Avropa üçün mühüm addım hesab olunur, çünki hər iki şirkət avtonom mobillik bazarındakı mövqelərini gücləndirməyə çalışır.
MONETAR.AZ