2025-ci ilin yanvar-noyabr ayları ərzində içki və tütün məhsulları üzrə pərakəndə ticarət dövriyyəsi 2,408 milyard manat təşkil etmişdir.
Dövlət Statistika Komitəsinin məlumatına görə bu, ümumi pərakəndə ticarət dövriyyəsinin 4,1 %-ni təşkil edir.
Ötən ilin eyni dövrü ilə müqayisədə dövriyyə 2,5 faiz artıb.
İçki və tütün məhsullarının gündəlik dövriyyəsi 7,21 milyon manat təşkil edib.
MONETAR.AZ