Böyük şəhərlərdə ev və kirayə qiymətləri artıb

Böyük şəhərlərdə

Son 10 ildə dünyanın bir sıra böyük şəhərlərində ev və kirayə qiymətləri kəskin artıb. UBS Global Real Estate Bubble Index 2025-in məlumatlarına əsaslanan hesabat göstərir ki, əksər şəhərlərdə ev qiymətləri kirayə qiymətlərindən daha sürətlə yüksəlib.

Miami, ABŞ: Ev qiymətləri 93,1%, kirayə isə yalnız 12,7% artıb.

Madrid, İspaniya: Ev qiymətləri 42,4%, kirayə isə 48% yüksəlib.

Tokio, Yaponiya: Ev qiymətləri 66%, kirayə 23,1% artıb.

Toronto və Vankuver, Kanada: Ev qiymətləri müvafiq olaraq 48% və 39,7% artıb, kirayə isə 8,3% və 21,9% yüksəlib.

Nyu-York, ABŞ: Hər iki göstərici azalıb; ev qiymətləri 4,9%, kirayə 7,7% düşüb.

London, Böyük Britaniya: Ev və kirayə qiymətləri 10,5% azalıb.

Milan, İtaliya: Ev qiymətləri 4,9%, kirayə isə 3% azalıb.

Sürix, İsveçrə və Münhen, Almaniya: Ev qiymətləri müvafiq olaraq 42,4% və 30,5% artıb, kirayə isə 23,1% və 18,4% yüksəlib.

Monetar.az