İrandan 85 qəpiyə gətirilən badımcan marketlərdə 4 manata satılır

İrandan 85 qəpiyə gətirilən badımcan

Bu ilin yanvar ayında Azərbaycan İrandan ümumi dəyəri 403 min dollar olan 806 ton badımcan idxal edib. Rəsmi açıqlamalara əsasən, İran və Türkiyədən gətirilən badımcanın 1 kiloqram üçün orta gömrük dəyəri təxminən 50 sent (85 qəpik) təşkil edib.

Yanvar ayı ərzində ölkənin pərakəndə satış məntəqlərində idxal olunan badımcanın orta satış qiyməti 3,5-4,5 manat arasında dəyişib. Bu rəqəm gömrük qiyməti ilə müqayisədə əhəmiyyətli dərəcədə yüksəkdir.

Qeyd etmək lazımdır ki, Azərbaycanda badımcana olan daxili tələbat tam olaraq yerli istehsal hesabına qarşılanmır. Ölkədə ildə təxminən 85-90 min ton badımcan istehsal edilir ki, bu da xaricdən idxal olunan məhsulun əsas səbəblərindən biridir.

Bazarlarda satılan yerli badımcanın qiyməti isə idxal məhsullarından daha aşağıdır. 

MONETAR.AZ