Azərbaycan qazının İtaliyaya ixrac həcmləri açıqlanıb

Azərbaycan qazının İtaliyaya ixrac

2026-cı ilin yanvar ayında Azərbaycandan İtaliyaya 801,4 milyon kubmetr təbii qaz ixrac edilib. Bu ixracın dəyəri 312,3 milyon ABŞ dolları təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Komitənin məlumatına görə, 2025-ci ilin yanvar ayı ilə müqayisədə ixracın dəyəri 145,2 milyon dollar və ya 31,7% azalıb, həcm isə 89,9 milyon kubmetr və ya 10,1% aşağı düşüb.

Ümumilikdə, 2026-cı ilin yanvar ayında Azərbaycandan təbii qaz ixracı 2,292 milyard kubmetr təşkil edib və bunun dəyəri 687,5 milyon ABŞ dolları olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 182,6 milyon dollar və ya 21%, həcm baxımından isə 46,9 milyon kubmetr və ya 2% azdır.

Eyni zamanda, 2026-cı ilin yanvar ayında Azərbaycan 1 ölkədən – İran İslam Respublikasından 43,5 milyon kubmetr təbii qaz idxal edib. Bu idxalın dəyəri 2,9 milyon ABŞ dolları olub. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin yanvar ayında qaz idxalı yalnız Türkmənistandan həyata keçirilmiş və 42,6 milyon kubmetr həcmində, 6,4 milyon dollar dəyərində olmuşdu.

Beləliklə, təbii qaz idxalı dəyər ifadəsində 3,5 milyon dollar və ya 2,2 dəfə azalıb, həcm baxımından isə 894 min kubmetr və ya 2,1% artıb.