QatarEnergy ötən həftə Ras-Laffan istehsal qovşağına raket zərbələrindən sonra İtaliya, Belçika, Cənubi Koreya və Çinə mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü üzrə müqavilələrə görə fors-major elan edib.
Çərşənbə və cümə axşamı baş verən hücumlar obyektə ciddi ziyan vurub. Ras-Laffanda LNG istehsalı üzrə iki xətt və qazın maye yanacağa çevrilməsi üzrə bir xətt zədələnib.
QatarEnergy hücumların fəaliyyətinə ümumi təsirini qiymətləndirməyə davam edir. Şirkət eyni zamanda zədələnmiş obyektlərin bərpa müddətini də müəyyənləşdirir.
Fors-majorun elan edilməsi QatarEnergy-yə nəzarətindən kənar hallarla əlaqədar olaraq zərər çəkmiş ölkələrə LNG tədarükü üzrə müqavilə öhdəliklərini müvəqqəti dayandırmağa imkan verir.
MONETAR.AZ