Rusiyanın neft gəlirləri son 4 ildə ən yüksək həddə çatıb

Rusiyanın neft gəlirləri son 4 ildə

Rusiyanın neft ixracından əldə etdiyi gəlirlər son üç həftədə gündəlik 135 milyon dollardan orta hesabla 270 milyon dollara yüksəlib. Ölkənin dəniz yolu ilə neft ixracı son dörd həftədə gündəlik orta 3,6 milyon barrel səviyyəsinə çatıb.

Kremlin məlumatına görə Orta Şərqdəki münaqişənin təsiri ilə qiymətlərin yüksəlməsi və sanksiyaların nisbətən yumşalması Moskvanın xam neft axınını artırmasına və 2022-ci ildə Ukraynaya qarşı işğaldan bəri neft ixracından ən yüksək gəliri əldə etməsinə imkan verib.

Rusiyanın ixrac etdiyi neftin qiymətindəki artım və göndəriş həcminin yüksəlməsi, həftəlik gəlirdə ikinci dəfə güclü sıçrayışa səbəb olub və gəliri Mart 2022-dən bu yana ən yüksək səviyyəyə çıxarıb. Moskva ABŞ-ın 12 martdan əvvəl yüklənmiş xam neftin alınmasına icazə verən gömrük vergi güzəştlərini uzatmasından və Hindistana satış imkanlarının artmasından da faydalanır.

Ötən dövrdə Rusiyanın neft gəlirləri, qlobal qiymətlərin düşməsi səbəbindən ABŞ və İsrailin İran əməliyyatlarından əvvəl azalma meylində idi. Fevralın sonunda İranla bağlı artan gərginlik isə bu meyli əksinə çevirib.

Son bir ayda Rusiyanın neft ixracı gündəlik 3,6 milyon barrel səviyyəsində olub. Karadenizdəki Novorossiyskdə yerləşən Sheskharis neft terminalından daha yüksək həcmdə yükləmələr həyata keçirilib.

Hindistana neft ixracı isə gündəlik 1,14 milyon barrelə çatıb. ABŞ-ın dənizdəki Rus xam neftinin Hindistan rafineriyaları tərəfindən alınmasına icazə verən güzəştlərindən sonra tanker axını bu ölkəyə yönəlib.

Ukrayna tərəfindən Baltik dənizində Primorsk limanına edilən pilotsuz hava hücumlarının gələcəkdə ixracı azalda biləcəyi ehtimal olunur. Ölkədəki dənizdə olan xam neft ehtiyatı isə hələ də zirvə səviyyəsinə yaxın, təxminən 135 milyon barrel civarında qalır.

Rusiya Prezidenti Vladimir Putin bu artımın müvəqqəti ola biləcəyinə diqqət çəkərək hazırkı vəziyyətdə Moskvanın müharibə maliyyələşdirilməsi üçün əhəmiyyətli dəstək qazandığını bildirib.

MONETAR.AZ