Kakao qiymətləri 3 ilin minimumuna enib

Kakao qiymətləri 3 ilin

2026-cı ilin fevral ayına olan məlumata görə kakaonun tonu  3900  dollardan aşağı düşərərk  2023-cü ilin oktyabrından bəri ən aşağı səviyyəyə çatıb. Qiymətlərin azalmasına qlobal tələbin zəif olması və təklifin artması səbəb olub.

Böyük kakao istehsalçıları xüsusilə Fildişi Sahili və Qana, zəif alıcı marağı səbəbindən ehtiyatların artması ilə üzləşirlər. Fildişi Sahili limanlarına oktyabrın 1-dən fevralın 8-dək çatdırılan kakao miqdarı 1,263 milyon ton olub ki, bu da ötən mövsümün eyni dövrü ilə müqayisədə 4,5 faiz azdır.

StoneX şirkətinin yanvarın sonunda açıqladığı proqnoza görə 2025-2026 mövsümü üçün qlobal kakao artığı 287 min ton, 2026-2027 mövsümü üçün isə 267 min ton olacaq.

Fildişi Sahilindəki fermerlər bildiriblər ki, torpaq kifayət qədər nəmlidir və yaxın günlərdə gözlənilən yağışlar məhsulu gücləndirərək yüksək keyfiyyətli kakao yetişməsinə kömək edəcək. Lakin onlar zəif saxlama şəraitinin dənə keyfiyyətinə mənfi təsir göstərdiyini və bəzi fermerlərin ödənişlə bağlı narahatlıq səbəbindən yetişmiş paxlaları dərməyə tələsmədiklərini vurğulayıblar.

Mütəxəssislər qiymətlərin zəif alıcı tələbi və yüksək təklif fonunda sabit qalacağını bildirirlər.

MONETAR.AZ