Qazaxıstanda qaz ehtiyatları təxminən 3,8 trilyon kubmetr həcmində qiymətləndirilir. İllik hasilat isə təqribən 60 milyard kubmetr təşkil edir. Bu barədə Məclisin deputatı Edil Janbırşin məlumat verib.
Daxili istehlak 21,6 milyard kubmetrə çatıb, qazlaşdırma səviyyəsi 64,2%-dir və tələbat artmaqda davam edir.
Energetika Nazirliyində bildirilib ki, QazaqGaz potensialı 115 milyard kubmetr olan 14 obyekt üzrə geoloji-kəşfiyyat işləri aparır və portfelini 30 obyektədək genişləndirməyi planlaşdırır. Həmçinin qaz ehtiyatlarına malik təxminən 50 sahə hərraca çıxarılacaq. 2026-cı ilin sonunadək Kaşağanda illik 2,5 milyard kubmetr gücündə yeni zavodun istismara verilməsi nəzərdə tutulur.