ABŞ bəzi ölkələri Venesuela neftinə çıxışdan məhrum edib

ABŞ bəzi ölkələri Venesuela neftinə çıxışdan

ABŞ Maliyyə Nazirliyi Venesuela nefti ilə əməliyyatlara dair yeni lisenziya verib. Lisenziya müəyyən sövdələşmələrə icazə versə də, bir sıra məhdudiyyətlər nəzərdə tutur.

Xüsusilə, Rusiya, İran, KXDR və Kuba vətəndaşları və ya şirkətlərinin iştirakı ilə hər hansı tranzaksiyalar qadağan edilir.

Bundan əlavə, birbaşa və ya dolayı yolla Çin vətəndaşları və ya təşkilatları tərəfindən nəzarət olunan Venesuela və ya ABŞ şirkətləri ilə də iş aparılmasına icazə verilmir.