2026-cı ilin yanvar ayında ölkədə pərakəndə ticarət dövriyyəsi 5 milyard 292,5 milyon manat olub. Bu isə 31 gün üzrə hesabladıqda gündə orta hesabla 170,7 milyon manatlıq məhsul satışı deməkdir.
Gündəlik orta satış həcmləri məhsul qrupları üzrə belə olub:
-
Ərzaq məhsulları – 83,9 milyon manat
-
İçkilər və tütün məmulatları – 8,3 milyon manat
-
Toxuculuq məhsulları, geyim və ayaqqabılar – 24,5 milyon manat
-
Elektrik malları və mebellər – 7,7 milyon manat
-
Kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları – 2,6 milyon manat
-
Əczaçılıq məhsulları və tibbi ləvazimatlar – 4,6 milyon manat
-
Avtomobil benzini və dizel yanacağı – 9,8 milyon manat
-
Digər qeyri-ərzaq malları – 29,3 milyon manat
Beləliklə, yanvar ayında gündəlik satış strukturunda ən böyük pay ərzaq məhsullarına məxsus olub. Qeyri-ərzaq seqmentində isə “digər mallar” və geyim sektoru daha yüksək gündəlik dövriyyə ilə seçilib.
MONETAR.AZ