Apple və Samsung şirkətləri satılmış smartfonların sayında bir milyard həddini keçiblər. Bu barədə Counterpoint Research (CR) araşdırmasında deyilir.
CR-in məlumatına görə, 2025-ci ildə aktiv smartfonların bazası 2% artıb. Məlum olub ki, ötən il aparıcı səkkiz smartfon istehsalçısının hər birinin aktiv cihazlarının sayı 200 milyonu ötüb.
Hesabatda qeyd olunur ki, yalnız Apple və Samsung bir milyard aktiv smartfon göstəricisini keçə biliblər. Bu göstərici üzrə lider Amerika şirkətidir. CR analitikləri Tim Kukun rəhbərlik etdiyi şirkətin rekordunu əlçatmaz adlandırıblar, çünki dünyadakı hər dörd smartfondan təxminən biri iPhone olub.
“2025-ci ildə Apple növbəti yeddi aparıcı istehsalçının birlikdə əlavə etdiyindən daha çox yeni smartfon əlavə etdi. Bu, onun yetkin bazarda istifadəçiləri cəlb etmək və saxlamaq qabiliyyətini vurğulayır”, deyə CR-in baş analitiki Karn Çauhan bildirib. Ümumilikdə, Apple və Samsung dünyadakı aktiv telefonların 44%-nə sahibdir.
Daha əvvəl Counterpoint Research bildirmişdi ki, Amerika korporasiyası Apple daxili bazarında ABŞ-da smartfon bazarındakı payının tarixində ən yüksək səviyyəsinə çatıb. Bir il ərzində brendin ABŞ-dakı payı 65%-dən 69%-ə yüksəlib.