ABŞ-də pərakəndə satışlarla bağlı zəif statistik göstəricilərin dünyanın ən böyük iqtisadiyyatında artımın yavaşıya biləcəyi gözləntilərini gücləndirməsindən sonra bugün Asiya ticarət sessiyasının əvvəlində qızıl və gümüşün qiymətləri artıb. Bazarda diqqət eyni zamanda qarşıdan gələn məşğulluq məlumatlarına yönəlib.
Qiymətli metallar yanvar ayının sonunda qeydə alınan rekord maksimumlardan sonra gerilədikdən sonra dəyişkən olaraq qalır və o vaxtdan bəri bərpa olunmaqda çətinlik çəkir. Dolların son zəifləməsi və ABŞ iqtisadiyyatına dair zəif məlumatlar qiymətlərə məhdud dəstək göstərib.
Yaxın Şərqdə geosiyasi gərginliklə bağlı qeyri-müəyyənlik də qızıla “təhlükəsiz liman” aktivi kimi tələbat üzərində təzyiq yaradır.
Spot bazarda qızılın qiyməti 0,3% artaraq bir unsiya üçün 5 038,21 dollara yüksəlib. Aprel ayı üçün qızıl fyuçersləri isə Bakı vaxtı ilə saat 05:21-ə olan məlumata görə 0,6% bahalaşaraq 5 061,45 dollar səviyyəsinə çatıb. Spot qiymətlər hələ də son rekord maksimumlardan təxminən 600 dollar aşağı qalır.
Gümüşün spot qiyməti 0,9% artaraq bir unsiya üçün 81,5135 dollara, platinin spot qiyməti isə 0,9% yüksələrək 2 105,86 dollara çatıb.
MONETAR.AZ