Qızılın bahalaşmasının Azərbaycan bazarına təsiri - 23,5 faiz qiymət artımı

Qızılın bahalaşmasının Azərbaycan bazarına təsiri -

Azərbaycanda zərgərlik məmulatlarının qiyməti 2025-ci ilin yanvar-oktyabr ayları ərzində davamlı olaraq artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə zərgərlik məmulatları ötən ilin oktyabrı ilə müqayisədə 23,5 faiz  baha satılıb. 

Zərgərlik məmulatlarının 2025-ci ildə əvvəlki ilin müvafiq ayı ilə müqayisədə qiymət artımı belə olub:

  • Yanvar – 13,1 %

  • Fevral – 14,5 %

  • Mart – 14,8 %

  • Aprel – 18,3 %

  • May – 19,0 %

  • İyun – 19,3 %

  • İyul – 18,4 %

  • Avqust – 18,4 %

  • Sentyabr – 21,2 %

  • Oktyabr – 23,5 %

Qiymətlərin yüksəlməsinin əsas səbəbi qlobal bazarda qızılın bahalaşmasıdır. Azərbaycan bazarının idxaldan yüksək asılılığı səbəbindən, qızılın beynəlxalq bazardakı qiymət artımı sürətlə daxili bazara əks olunur. Cari dövrdə qlobal iqtisadi qeyri-müəyyənliklər, yüksək inflyasiya gözləntiləri və geosiyasi gərginlik fonunda investorlar qızılı “təhlükəsiz sığınacaq” kimi qiymətləndirirlər ki, bu da bir unsiya üzrə qızılın qiymətinin tarixi maksimumlara yaxınlaşmasına səbəb olur.

Beynəlxalq mərkəzi bankların valyuta ehtiyatlarını diversifikasiya etmək məqsədilə qızıl alımlarını davam etdirməsi qlobal tələbatı yüksək saxlayır. Bu qlobal amillərin təsiri ilə ilin ortalarında illik bahalaşma 19,3 %-ə, sentyabr-oktaybr aylarında isə müvafiq olaraq 121,2% və 123,5%-ə çatıb.

İlin ikinci yarısında qiymətlərin sürətlə artması həm də mövsümi tələbatla bağlıdır. Sentyabr-oktyabr ayları Azərbaycanda toy və nişan mərasimlərinin aktiv olduğu dövrə təsadüf edir, daxili mövsümi tələbatın artması isə zərgərlik məmulatlarının qiymətlərinə əlavə təkan verib.

MONETAR.AZ