Trampa Sülh Mükafatının verilməməsi ehtimalına görə Norveçə daha sərt tariflər proqnozlaşdırılır Keçmiş sovet respublikası qiymət artımına cavab verib Siemens Energy Azərbaycandan Qara dəniz vasitəsilə Avropaya yaşıl enerjinin çatdırılmasına kömək edəcək Daşınmaz əmlak sektoruna verilən kreditlər kəskin azalıb Ticarət müharibəsi qızışır: Çin ABŞ gəmilərinə əlavə ödənişlər qoyur Toyota ABŞ-da 393 000-dən çox avtomobilini arxa görüntü kamerası problemlərinə görə geri çağırır OpenAI dünyanın ən dəyərli startapı oldu – 500 milyard dollar Bakıda nə vaxtsa taxıl əkilib? – Rəqəmlərdən çıxan maraqlı nəticə Ticarət tərəfdaşlarının valyutaları manata qarşı bahalaşır Hərracda 29 min, bazarda 40 min manat - Avtomobili haradan almalı? Trampa Sülh Mükafatının verilməməsi ehtimalına görə Norveçə daha sərt tariflər proqnozlaşdırılır Keçmiş sovet respublikası qiymət artımına cavab verib Siemens Energy Azərbaycandan Qara dəniz vasitəsilə Avropaya yaşıl enerjinin çatdırılmasına kömək edəcək Daşınmaz əmlak sektoruna verilən kreditlər kəskin azalıb Ticarət müharibəsi qızışır: Çin ABŞ gəmilərinə əlavə ödənişlər qoyur Toyota ABŞ-da 393 000-dən çox avtomobilini arxa görüntü kamerası problemlərinə görə geri çağırır OpenAI dünyanın ən dəyərli startapı oldu – 500 milyard dollar Bakıda nə vaxtsa taxıl əkilib? – Rəqəmlərdən çıxan maraqlı nəticə Ticarət tərəfdaşlarının valyutaları manata qarşı bahalaşır Hərracda 29 min, bazarda 40 min manat - Avtomobili haradan almalı?

Qızılın unsiyası 4 min dollara yaxınlaşdı

Qızılın unsiyası 4 min
6 Oktyabr 2025 11:31
Qızıl daha da bahalaşdı, qiyməti 4 min dollara yaxınlaşdıKülçə qızıl qiymətləri ABŞ hökumətinin fəaliyyətinin dayandırılması ilə bağlı narahatlıqların qalması nəticəsində dəstəklənib. Qanunvericilərin xərcləmə paketinə dair razılığa gəlməməsi səbəbindən hökumətin qismən bağlanması davam edir. Spot qızılın qiyməti 1%-ə qədər artaraq bir unsiya üçün 3.926,63 dollarla tarixində ən yüksək həddə çatıb. Dekabr fyuçersləri isə 1,1% bahalaşaraq unsiya üçün 3.951,32 dollar səviyyəsinə yüksəlib.

ABŞ federal hökumətinin fəaliyyətinin dayandırılmasının uzanması fonunda qızılın qiyməti yenidən tarixi rekord qıraraq, bir unsiya üçün 4 min dollar həddinə yaxınlaşıb.

Qızılın qiyməti bir unsiya üçün 3920,63 dollara qədər yüksəldib, sonra müəyyən qədər geriləyib.

ABŞ hökumətininin fəaliyyətini dayandırması, cümə günü açıqlanması planlaşdırılan məşğulluq göstəricilərinin təxirə salınmasına səbəb olub. Bu isə onsuz da qeyri-müəyyən olan iqtisadi mənzərəni daha da çətinləşdirib.

Rəsmi statistik məlumatların çatışmazlığı investorları iqtisadi vəziyyət barədə daha aydın mənzərə əldə etmək üçün özəl sektor hesabatlarına yönəldir. Bu vəziyyət, Federal Ehtiyat Sisteminin (Fed) pul siyasəti qərarlarını verməsini çətinləşdirir. İnvestorlar ayın sonuna qədər FED-in 0,25 bəndlik faiz endiriminin ediləcəyini hələ də gözləyirlər Bu da faiz gəliri gətirməyən qızıl üçün əlavə üstünlük deməkdir.

Bundan əlavə, ABŞ Prezidenti Donald Trampın Kaliforniya Milli Qvardiyasını Oreqon ştatının Portlend şəhərinə göndərməsi də bazarlarda əlavə qeyri-müəyyənlik yaradıb. Xüsusilə, Kaliforniya və Oreqon ştatlarının bu addıma qarşı məhkəməyə müraciət etməsindən sonra vəziyyət daha da gərginləşib.

FED-in faiz endirimlərinə davam etməsi və əmək bazarındakı zəifləmələr fonunda mövcud qızılın bahalaşması üçün mühit güclü olaraq qalır. Bununla belə, risk-gəlir tarazlığı dəyişməyə başlayır; buna görə də qısamüddətli geriləmə, uzunmüddətli yüksəliş trendi çərçivəsində sağlam bir korrektə kimi dəyərləndirilə bilər.

MONETAR.AZ


Oxşar xəbərlər