Statista Market Insights-in 2025-ci ilin oktyabrında açıqladığı proqnozlara əsasən, qlobal süni intellekt (SI) bazarının həcmi 2025-ci ildə təxminən 260 milyard dollar olsa da, 2030-cu ilə qədər 1,2 trilyon dolları keçəcək. Bu, bazarın beş il ərzində dörd dəfədən artıq genişlənəcəyini göstərir.
Mütəxəssislər bu artımı alqoritmlərin inkişafı, hesablama infrastrukturunun gücləndirilməsi və böyük həcmli tədqiqat-investisiya axınları ilə əlaqələndirirlər.
Süni intellekt bazarının ən böyük seqmentlərini maşın öyrənməsi və təbii dil emalı təşkil edir. Bu iki sahə ümumi bazarın yarıdan çoxunu əhatə edir və 2030-cu ilə qədər də aparıcı mövqelərini qoruyacaqları gözlənilir.
Bununla yanaşı, SI robototexnikası, təbii dil emalı və kompüter görməsi kimi sahələr ən dinamik istiqamətlər hesab olunur. Hər üç seqmentin növbəti beş ildə ümumi bazar artımını üstələyərək daha sürətli böyüməsi proqnozlaşdırılır. Bu sahələrin inkişafına müəssisələrdə, səhiyyədə və istehlakçı seqmentində SI əsaslı həllərin geniş tətbiqi təkan verir.
Monetar.az