Asiya sessiyası zamanı WTI xam nefti üzrə fyuçers qiymətləri artım göstərib.
Nyu-York Ticarət Birjası (NYMEX) birjasında may ayı tədarüklü WTI nefti hazırda 1 barel üçün 111,54 dollar səviyyəsində ticarət olunur və 0,40% bahalaşıb.
Sessiya ərzində maksimum qiymət daha yüksək səviyyəyə çatıb. Hazırda WTI nefti üçün əsas dəstək səviyyəsi 92,08 dollar, müqavimət səviyyəsi isə 113,93 dollar kimi qiymətləndirilir.
US Dollar Index (ABŞ dollarının əsas altı valyutaya qarşı məzənnəsini göstərən indeks) də 0,40% artaraq 99,86 səviyyəsinə yüksəlib.
Digər enerji məhsullarına gəldikdə isə, Brent xam nefti üzrə iyun fyuçersləri 7,99% artaraq 109,24 dollar/barel səviyyəsinə çatıb. Brent və WTI nefti arasındakı qiymət fərqi isə hazırda 2,30 dollar təşkil edir.
MONETAR.AZ