“Qarabağ” futbol klubu 61 milyondan çox vəsait alıb

“Qarabağ” futbol klubu 61 milyondan çox

Qarabağ FK Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) tərəfindən 2025-ci ildə Azərbaycan futbol klublarına ayrılan maliyyə vəsaitləri arasında ən böyük məbləği əldə edib.

Bu barədə AFFA məlumat yayıb. Məlumata görə, Ağdam təmsilçisi UEFA-dan 61 milyon 123 min 325 manat alıb.

Digər klublar üzrə vəsaitlər belə bölünüb:

  • Sabah FK — 3 milyon 27 min 845 manat
  • Araz-Nakhchivan PFK — 2 milyon 480 min 415 manat
  • Zira FK — 2 milyon 70 min 729 manat
  • Neftchi PFK — 1 milyon 23 min 94 manat
  • Sumgayit FK — 833 min 496 manat
  • Sabail FK — 706 min 895 manat
  • Turan Tovuz FK — 706 min 895 manat
  • Kapaz PFK — 706 min 895 manat
  • Gabala FK — 427 min 340 manat
  • Shamakhi FK — 279 min 555 manat

Bu vəsaitlər UEFA tərəfindən klubların iştirak etdiyi turnirlər, nəticələr və müxtəlif maliyyə mexanizmləri əsasında ayrılır.