40 milyard dollarlıq neft gəlirləri Rusiyanın büdcə mənzərəsini dəyişir

40 milyard dollarlıq neft gəlirləri Rusiyanın

Bloomberg-in qiymətləndirməsinə görə, Yaxın Şərqdəki gərginlik və sanksiyaların qismən yumşaldılması Rusiya üçün əlavə gəlir imkanları yaradıb. Əgər neft qiymətləri ilin sonuna qədər yüksək səviyyədə qalsa, ölkənin ixrac gəlirləri təxminən 40 milyard dollar arta bilər.

Bu artım İranda müharibə fonunda Hörmüz boğazı üzrə məhdudiyyətlər və ABŞ sanksiyalarının yumşaldılması nəticəsində mümkün olub. Bu şərait Rusiyaya Asiya bazarlarına neft tədarükünü artırmağa imkan verib.

Ekspertlər qeyd edir ki, hazırkı gəlir artımı təsadüfi deyil. Urals markalı neftin qiyməti yanvarla müqayisədə demək olar iki dəfə artaraq büdcə gəlirlərini əhəmiyyətli dərəcədə gücləndirib və ilin zəif ilk rübünü kompensasiya edir.

Ötən cümə günü qərb limanlarında Urals neftinin orta qiyməti 93,4 dollar/barel təşkil edirdi. Bu, yanvar ayında müşahidə olunan 41–44 dollar səviyyəsindən xeyli yüksəkdir.

Bununla belə, analitiklər vəziyyətin hələ də qeyri-sabit olduğunu vurğulayır. Əgər Yaxın Şərqdə vəziyyət normallaşarsa və Hörmüz boğazı yaxın aylarda yenidən tam açılarsa, əlavə gəlir təxminən 10 milyard dollarla məhdudlaşa bilər.

Ümumilikdə, hazırkı yüksək qiymətlər Rusiyanın büdcəsinə ciddi dəstək versə də, gəlirlərin davamlılığı əsasən qlobal qiymətlərdən və logistika şəraitindən asılı olaraq qalır.

MONETAR.AZ