Çexiya 2025-ci ilin dekabrında dörd yarım il ərzində ilk dəfə Rusiyadan toyuq yumurtası idxal edib. Bu barədə RİA Novosti Avrostat məlumatlarına istinadən xəbər verir.
Ötən ilin son ayında Çexiya Rusiyadan 65 min avro dəyərində toyuq yumurtası gətirib. Praqa bu məhsulu rus istehsalçılardan sonuncu dəfə 2021-ci ilin iyun ayında almışdı.
Qeyd edək ki, Çexiya alımları sayəsində Rusiya 2023-cü ilin yayından sonra ilk dəfə Avropa İttifaqı ölkəsinə yumurta tədarük etmiş olur.
Dekabr ayındakı tədarük nəticəsində Rusiya Çexiyaya yumurta ixracatçılarının top-20 sırasında yer alıb və bazar payı təxminən 1% təşkil edib. 2025-ci ildə Çexiya bazarında əsas toyuq yumurtası ixracçıları Polşa (43%), Ukrayna (22%) və Latviya (14%) olub.
MONETAR.AZ