Cəlilabad Peşə Təhsil Mərkəzi 100 minə avtomobil alır

Cəlilabad Peşə Təhsil Mərkəzi

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi avtomobil nəqliyyat vasitələrinin satın alınması ilə bağlı tender elan edib.

Rəsmi məlumata görə, ümumi ehtimal olunan dəyəri 99 533 manat olan satınalma çərçivəsində bir yük və bir minik avtomobilinin alınması nəzərdə tutulur.

Yük avtomobili üçün 2025-ci il buraxılışı, dizel mühərrik, 120–130 at gücü və 5 il zəmanət tələb olunur. Minik avtomobili isə 2025–2026-cı il buraxılışı, benzin mühərrikli və 2 il zəmanətli olmalıdır.

Təkliflərin son təqdim olunma tarixi 25 may 2026-cı il, saat 15:00-dır. Eyni tarixdə zərflərin açılışı da keçiriləcək.

MONETAR.AZ