Kontakt Home məhsullarının saxlandığı anbarlardan birində yanğın baş verib. Şirkət hadisə ilə bağlı məlumat yayaraq bildirib ki, ən önəmlisi heç bir insan xəsarət almayıb və anbarda olan əməkdaşlar salamatdır.
Şirkəti idarə edən ABC Telecom sosial media hesabında yayılan açıqlamada qeyd olunub ki, hadisə səbəbindən bəzi sifarişlərin çatdırılmasında qısamüddətli gecikmələr yarana bilər.
Rəsmi məlumatda vurğulanır ki, logistika prosesində yaranmış fasilə müvəqqəti xarakter daşıyır və vəziyyətlə bağlı əlavə açıqlamalar veriləcək.
Yanğınla bağlı hadisə yerinə aid qurumların cəlb olunduğu, araşdırmaların davam etdiyi bildirilir.
Şirkət müştərilərə səbir və anlayış üçün təşəkkür edib.
MONETAR.AZ