Rusiya 2026-cı ilin mart ayında Türkiyədən kolbasa idxalını əvvəlki ayla müqayisədə təxminən 3 dəfə azaldıb.
RIA Novosti agentliyinin Türkiyə statistika xidmətinin məlumatlarına istinadən yaydığı xəbərə görə, mart ayında Rusiyaya Türkiyədən 598 min dollar dəyərində kolbasa məhsulu idxal olunub. Fevral ayında isə bu göstərici 1,5 milyon dollar təşkil etmişdi.
Məlumata əsasən, Rusiya eyni zamanda balıq konservləri idxalını da əhəmiyyətli dərəcədə azaldıb. Belə ki, bu məhsul üzrə alış həcmi 3,4 dəfə aşağı düşüb.
Bundan əvvəl yayılan məlumatlarda qeyd olunurdu ki, 2026-cı ilin yanvar-aprel aylarında Türkiyənin Rusiyadan idxalı illik müqayisədə 22,8 faiz və ya 3,5 milyard dollar azalıb.
Ekspertlər iki ölkə arasındakı ticarət dövriyyəsində baş verən dəyişiklikləri bazar şərtləri, logistika xərcləri və idxal siyasətindəki yeniliklərlə əlaqələndirirlər.
MONETAR.AZ