Hyundai Motor Cənubi Koreyada çoxmilyardlıq investisiyalar planlaşdırır

Hyundai Motor Cənubi Koreyada çoxmilyardlıq investisiyalar

Hyundai Motor Cənubi Koreyanın qərb sahilində yerləşən Saemanqım bölgəsində robototexnika, məlumat mərkəzləri və hidrogen infrastrukturu sahələrinə çoxmilyardlıq investisiyalar qoymağı planlaşdırır. Bu barədə bugün məlumatlı mənbələrə istinadən Reuters xəbər verib.

Məlumata görə, konqlomerat və hökumət layihə ilə bağlı ilkin razılaşmanı hələ bu həftə imzalaya bilərlər.

Xəbərdən sonra Hyundai Motor-un səhmləri Seul birjasında keçirilən ticarət zamanı 10%-dən çox bahalaşıb.

Planlaşdırılan investisiyalar Hyundai Motor Groupun süni intellektə əsaslanan avtonom idarəetmə, robototexnika və gələcəyin energetikası sahələrinin inkişafına yönəlmiş strategiyasının gücləndirilməsi kimi qiymətləndirilir.

MONETAR.AZ