Tesla liderliyi Toyota RAV4-ə verdi

Tesla liderliyi
7 İyul 2025 17:59

2024-cü ilin ilk yarısında qlobal avtomobil bazarında baş verən dəyişikliklər diqqət çəkib. 2023-cü ilin ən çox satılan avtomobili olan Tesla Model Y bu il liderliyini itirərək ikinci sıraya düşüb. Toyota RAV4 0,16% fərqlə Model Y-ni geridə qoyaraq 2024-cü ilin ən çox satılan avtomobili olub.

 Toyota RAV4-ün hibrid və plug-in hibrid modelləri bazarda maraqla qarşılanır Bu modellər, ətraf mühitə daha dost yanaşan texnologiyalarla istehlakçıların diqqətini cəlb edərək,RAV4-ün zirvəyə qalxmasında böyük rol oynayıb.

Tesla Model Y-nin satışlarında baş verən azalma əsasən avtomobilin yeni versiyasının təqdimatı ilə bağlı gözləmələrin artması ilə izah olunur.

2025-ci ilin yanvar ayında təqdim olunacaq yeni versiya səbəbindən, alıcılar bu ilki modelə maraqlarını azaldıblar. Həmçinin, Tesla-nın rəhbəri Elon Musk-ın bəzi siyasi açıqlamaları, markanın bazardakı imicinə təsir edib.

Toyota RAV4-ün liderliyə yüksəlməsi elektrikli və hibrit texnologiyalarına artan tələbatın nəticəsidir. RAV4, həmçinin, yüksək yanacaq qənaəti və müasir dizaynı ilə böyük tələbat yaradıb. 

Tesla-nın Model 3 sedanı,2024-cü ilin ən çox satılan 10 avtomobili arasında 9-cu sırada yer alıb. Model 3-ün satışları 10 faizartıb. Eyni zamanda, Çin istehsalı olan BYD Qin plug-in hibrid modeli də ilk 10-a daxil olaraq diqqət çəkib.

MONETAR.AZ


Oxşar xəbərlər