Bazarkomlar bir arada

Bazarkomlar
7 İyul 2025 15:49

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndələri Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası, Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə birgə kənd təsərrüfatı, ərzaq məhsullarının satışı bazarlarının rəhbərləri ilə görüş keçirib.

Bu barədə FAQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, onlayn formatda keçirilən görüşdə sahibkarlar bazarlarda satışa çıxarılan heyvandarlıq məhsullarına baytarlıq nəzarətinin təmin edilməsinə dair təlimat barədə məlumatlandırılıblar. Eyni zamanda, heyvan mənşəli məhsulların etiketlənməsi və qablaşdırılması ilə bağlı tələblər görüş iştirakçılarının diqqətinə çatdırılıb.

Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.


Oxşar xəbərlər