Küveyt bugün neft hasilatını və neft emalı zavodlarının fəaliyyətini azaltdığını təsdiqləyib. Qərar Hörmüz boğazı vasitəsilə gəmiçiliyin zəifləməsi ilə bağlı yaranan problemlərlə əlaqələndirilib.
OPEC-ın beşinci ən böyük neft istehsalçısı olan Küveyt bildirib ki, qərar əsas dəniz nəqliyyatı marşrutunda gəmi hərəkətinin azalması fonunda profilaktik tədbir kimi qəbul edilib.
Kuwait Petroleum Corporationnin açıqlamasında qeyd olunub ki, hasilatın azaldılması “İran İslam Respublikasının Küveytə qarşı davam edən aqressiyası, o cümlədən Ormuz boğazından gəmilərin təhlükəsiz keçidi ilə bağlı təhdidləri” səbəbindən həyata keçirilib.
Bu addım Yaxın Şərqdə gərginliyin artması fonunda Fars körfəzi ölkələrində enerji təchizatı ilə bağlı yaranan problemlərin artdığını göstərir.
İraq da həftənin əvvəlində Hörmüz boğazından tədarükün kəskin azalması və anbarların dolması səbəbindən neft hasilatını azaltmağa başlayıb.
Eyni zamanda:
-
Səudiyyə Ərəbistanı ən böyük neft emalı zavodunun fəaliyyətini dayandırıb;
-
Qətər isə pilotsuz uçuş aparatlarının hücumlarından sonra dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz ixrac terminalını bağlayıb.
Bu hadisələr regionda sabitliyin pozulmasının qlobal enerji təchizat zəncirləri üçün artan risklər yaratdığını göstərir. Çünki Hörmüz boğazı dünya üzrə neft və qazın daşınması üçün ən vacib tranzit marşrutlarından biri hesab olunur.
MONETAR.AZ