Bakıda mediada ictimai proseslərə həsr olunmuş III Forum keçirilir

Bakıda mediada ictimai proseslərə həsr olunmuş

Bakıda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Mediada ictimai proseslər” mövzusunda III Forum keçirilir.

Forumun açılış mərasimində MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhərinin Baş Memarlıq və Şəhərsalma İdarəsinin rəisi Riad Qasımov, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov və digər şəxslər iştirak edirlər.

Forum işini panel sessiyalarla davam etdirəcək. Sessiyalar “Şəhərsalma və arxitektura ili çərçivəsində mediagündəm”, “Rəqəmsal mühitdə gözlənilməz risklər: zərərli informasiyaya qarşı birgə mübarizə” və “Rəqəmsal inkişaf: media, süni intellekt və innovasiyalar” mövzularını əhatə edir.