Milli Məclis Avropa Parlamenti ilə əməkdaşlıqla bağlı qərar qəbul edib

Milli Məclis Avropa Parlamenti ilə əməkdaşlıqla bağlı

Milli Məclis Avropa Parlamentinin Azərbaycana qarşı fəaliyyəti ilə bağlı qərar qəbul edib. Qərarın mətnini Ziyafət Əsgərov səsləndirib.

Təklif olunub: "Milli Məclis Avropa Parlamenti ilə bütün istiqamətdə əməkdaşlığı dayandırsın.

Azərbaycanın "Avronest"də fəaliyyətinə xitam verilsin və bununla bağlı prosedur başladılsın".

Qərar layihəsi səsə qoyularaq qəbul olunub.