Bu gün “Avroviziya 2026” yarımfinalı start götürür

Bu gün “Avroviziya 2026”

Avropanın ən böyük musiqi yarışması olan “Avroviziya 2026” mahnı müsabiqəsi mayın 12-də Avstriyanın Vyana şəhərində start götürəcək.

Məlumata görə, 70-ci dəfə təşkil olunan müsabiqənin birinci yarımfinalı məhz 12 may tarixində keçiriləcək. İkinci yarımfinal 14 mayda, böyük final isə 16 mayda baş tutacaq.

Yarışmaya ümumilikdə onlarla ölkə qatılır və iştirakçılar finala yüksəlmək uğrunda mübarizə aparacaqlar. Təşkilatçılar bildirirlər ki, müsabiqə bu il də yüksək səviyyəli səhnə şouları, innovativ səhnə dizaynı və geniş tamaşaçı marağı ilə yadda qalacaq.

“Avroviziya 2026” Avstriyanın paytaxtı Vyanada yerləşən “Wiener Stadthalle” arenasında keçiriləcək və tədbir milyonlarla tamaşaçı tərəfindən canlı izləniləcək.

MONETAR.AZ